Türkiyəli deputat AŞPA-da Ermənistanı Azərbaycanın daxili məsələlərinə qarışmamağa çağırıb

Türkiyəli deputat AŞPA-da Ermənistanı Azərbaycanın daxili məsələlərinə qarışmamağa çağırıb
19:42 30 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

"Biz bir-birimizə barmaq göstərməməliyik".
"Report"un Fransa bürosu xəbər verir ki, bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.
Türkiyəli deputat hesabatda səhv ifadələrin işlədildiyini AŞPA-nın nəzərinə çatdırıb: "Bu hesabatda düzgün olmayan ifadələr yer alıb. Avropa Şurasında və burda AŞPA-da istifadə olunan kəlmələr anlayışlı və açıq ruhlu olmalıdır. Digər dövlətlərin AŞPA-dakı nümayəndə heyətlərindən olan həmkarlarım bunu artıq qeyd etdilər. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edir. İstənilən ölkədə problemlər var. Mənim Türkiyədən olan həmkarım bu məsələyə toxundu. Belçikada şəhər merlərindən biri türkiyəli həmkarı ilə görüşdüyü üçün partiyadan uzaqlaşdırılıb".
Akif Çağatay Kılıç AŞPA-da Ermənistan nümayəndə heyətini öz problemləri ilə məşğul olmağa, Azərbaycanın daxili məsələlərinə qarışmamağa dəvət edib: "Avropa Şurası harmoniya meydanıdır. Avropa Şurası və AŞPA bizim oturub müzakirələr apardığımız bir yerdir. Biz bir-birimizə barmaq göstərməməliyik. Əgər biz buna başlasaq, hamı bir-birinə barmaq göstərəcək. Burda Azərbaycana qarşı çıxış edən Ermənistan nümayəndə heyəti bilməlidir ki, öz ölkələrində həll olunmalı problemlər çoxdur. Bunun üçün öz insan hüquqlarınızı qoruyun və öz daxili məsələlərinizlə məşğul olun"

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyeli-deputat-aspa-da-ermenistani-azerbaycanin-daxili-meselelerine-qarismamaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR