Konsertində telefon istifadəsinə qadağa qoydu - FOTO

Konsertində telefon istifadəsinə qadağa qoydu -  FOTO
19:57 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Madonna "Madame X" turnesi çərçivəsində verdiyi konsert zamanı tamaşaçılara telefon işlətməyə icazə verməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, konsertə gedənlərə girişdə telefonlarını içlərinə qoymaq üçün xüsusi qablar verilib. Bu da tamaşaçıların telefonlarını yanında aparmasına, ancaq işlədə bilməməsinə şərait yaradıb.

Qabların kilidləri yalnız konsertin sonunda açılıb. Telefonunu işlətmək istəyənlər isə mühafizəçilər tərəfindən çölə çıxarılıb.

Biletlər üçün 500 sterlinqdən çox pul xərcləyən fanatların böyük qismi bu qərardan məmnun qalıb. Ciddi rejimdə mühafizə tədbirinin görüldüyü konsertə media nümayəndələrinə məxsus olsa belə, 20 sm-dən artıq çantalarla girişə icazə verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR