Son 3 ildə Azərbaycanda 6 minə qədər tələbə öz ixtisasını və ya məktəbini dəyişib

Son 3 ildə Azərbaycanda 6 minə qədər tələbə öz ixtisasını və ya məktəbini dəyişib
20:22 30 Yanvar 2020
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tələbə köçürülməsinin elektron yolla aparılmasına başlanıldığı vaxtdan indiyədək ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 6000-ə qədər tələbə bir ixtisasdan digərinə və ya bir ali məktəbdən digərinə köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib.

Tələbələrin köçürülməsi prosesinin elektronlaşdırılmasını təhsil sahəsində aparılan islahatlardan biri kimi dəyərləndirən G.İsgəndərova qeyd edib ki, tələbə köçürülməsinin aparılması ilə bağlı hər hansı say məhdudiyyəti qoyulmayıb:

"Bununla bağlı bizim tərəfimizdən heç bir say məhdudiyyəti qoyulmur. Tələbə köçürülmə üçün müraciət etdiyi halda və onun sənədləri düzgündürsə, biz onun köçürülməsi barədə qərar veririk. Ötən ilki statistikaya nəzər salsaq görərik ki, 2019-cu ilin fevralında 1000-dən çox tələbə köçürülmüşdü. Bu il də təxminən bu civarda tələbənin köçürüləcəyi gözlənilir".

G.İsgəndərova tələbə köçürmələrinin tədris ili ərzində iki dəfə - fevral və iyul aylarında aparıldığını da xatırladıb.

Qeyd edək ki, Azərbaycanda tələbə köçürülməsi 2016-cı ildən Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı vasitəsilə aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR