Göygöl rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1971-ci il təvəllüdlü Mətləb Quliyevin idaerə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 17:28
Göygöl rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çaykənd kəndi ərazisində qeydə alınıb.
Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.