DƏHŞƏT: Qapılar möhürlənib - İnsanlar evlərində can verir (VİDEO)

DƏHŞƏT: Qapılar möhürlənib - İnsanlar evlərində can verir (VİDEO)
20:53 30 Yanvar 2020
131 Digər
Ölkə mətbuatı
A- A+

Çində koronavirusun yayıldığı Vuhan və ətraf şəhərlərdəki vəziyyətlə bağlı dəhşətli iddia ortaya atılıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları virusa yoluxan insanların evdən çıxmasına imkan vermir. Onlar məcburi olaraq evlərində saxlanılır. İddialara görə, evlərin qapıları onların üzərinə bağlanılıb.

Sosial mediada yayılan görüntülərdə insanların olduğu evin qapısının çöldən möhürləndiyi əks olunub. Möhürün üzərində isə “Təmas etməyin” sözləri yazılıb.

Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 130-dan çox insan həyatını itirib. Minlərlə insan virusa yoluxub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/303443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR