Audi SQ7 və SQ8 benzin mühərrikinə sahib olublar - FOTO

Audi SQ7 və SQ8 benzin mühərrikinə sahib olublar - FOTO
21:05 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bildiyimiz kimi, Avropada Audi SQ7 və SQ8 modelləri mürəkkəb və bahalı turbodizel olan 4,0-litrlik TDI mühərriki ilə təchiz edilir. İki turbokompressora, elektrik üfürməsinə və yardımçı startyor-generatora malik olan dizel aqreqat 435 at qüvvəsi və 900 Nm fırlanma anı təklif edir. Lakin, Avropadan kənarda Audi pərəstişkarları heç də dizel aqreqatlı "qaynar" krossoverləri sevmirlər. Uzağa getmək lazım deyil, götürək yerli Audi klubunun aktiv üzvlərindən biri olan İsak Hacıyevi. İsak "qaynar" dizel modeli kəlməsini eşidən kimi möhkəm əsəbləşir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, lakin, bu günlərdə İsakı sevindirəcək bir xəbər almışıq. Audi şirkəti, ABŞ da daxil olmaqla, digər bazarlarda satılan SQ7 və SQ8 krossoverlərini benzin mühərriki ilə təchiz edib. Audi SQ7 və SQ8 modellərinin kapotu altındakı 4,0 TFSI V8 mühərriki 507 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. Məlumdur ki, Audi RS Q8 modelinin kapotunun altında quraşdırılmış eyni mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Hətta, Lamborghini Urus modelində bu aqreqat 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.

Krossoverlər dizel versiyasında olduğu kimi 8-pilləli "avtomat" və qeyri-simmetrik  Torsen differensialı olan Quattro (40:60 nisbətində arxa oxun xeyrinə) tam ötürməsi ilə təchiz edilirlər. Tam idarələnən şassi Amerikada satılan krossoverlərin baza təchizatına daxil edilsə də, aktiv stabilizatorlar və idarələnən arxa differensial üçün əlavə ödəniş etməli olacaqsınız.

Məlum məsələdir ki, benzin krossoverlər dizellərdən daha dinamikdirlər: 60 mil/saat (97 km/saat) həddinə sürətlənməyə benzin variantlar 4,3 saniyə sərf edirlər. Avropada satılan "qaynar" dizelllər isə bu vaxta 100 km/saat həddinə sürətlənirlər. Krossoverlərin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Benzin mühərrikli Audi SQ7 və SQ8 modellərinin ABŞ bazarındakı satışlarına yaz aylarında başlanacaqdır. Modellərin digər bazarlarda nə zaman təklif ediləcəyi hələlik naməlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR