6 min sərnişin olan gəmidə koronavirus təhlükəsi -

İtaliyada turistlərin olduğu sərnişin gəmisi koronavirus təhlükəsi ilə əlaqədar saxlanılıb.

Metbuat.az xəbər verir ki, gəmidə iki çinli turistdə yüksək hərarət və nəfəs yolunda problemlər müşahidə edilib. Cütlük koronavirusa yoluxma şübhəsi ilə nəzarət altına alınıb.

Ümumilikdə gəmidə 6 min nəfərin olduğu bildirilir. Onların arasında çinli turistlər çoxluq təşkil edir. Sərnişinlərdən 27-si Türkiyə vətəndaşıdır. Təhlükəsizliklə əlaqədar gəmidəki sərnişinlərin sahilə buraxılmasına icazə verilməyib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR