Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılır

Avast milyonlarla istifadəçi məlumatını satmaqda günahlandırılır
21:42 30 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bu xəbəri oxuyan istifadəçilərimiz arasında ən az 1 dəfə belə olsun Avast antivirusuyla rastlaşanlar vardır. Bu gün isə pulsuz versiyası da olan Avast antivirus istifadəçi məlumatlarını sataraq yüksək məbləğlərdə gəlir əldə etməklə günahlandırılır. Motherboard və PCMag tərəfindən qaldırılan iddialara görə Avast-ın şirkəti istifadəçilərin axtarış məlumatlarını axtarış sistemlərinə sataraq böyük gəlir əldə edir.

Yayımlanan məlumata görə bu Avast ilə istifadəçi məlumatlarını alan şirkət arasında bir sıra gizlilik müqavilələri imzalanıb. Bu səbəbdən istifadəçi dataları bu 2 şirkət arasında gizli qalmalıdır.

Avast şirkətinin yan qurumu olan Jumpshot-dan əldə olunan məlumatlara görə Avast tərəfindən əldə olunan istifadəçi məlumatları Jumshot vasitəsilə dünya nəhənglərinə satılır. Bu məlumatı alan şirkətlər arasında Google, Yelp, Microsoft, McKinsey, Pepsi, Sephore, Home Depot, Conde Nast və Intuit kimi nəhənglər var. Avast-ın dediklərinə görə aylıq 435 milyondan daha çox aktiv istifadəçiyə malikdirlər.

Jumpshot-un bildirdiyi məlumatlara görə isə 100 milyondan çox istifadəçinin məlumatları hal-hazırda satılıb. Bu məlumatlar arasında Google xəritələrdə baxdıqları yer, lokasiyalar, hansı saytlara giriş edildiyi, axtarış edilən sözlər, hətta porno saytlarında hansı kateqoriyalara girdikləri belə var. Lakin verilən açıqlamara görə istifadəçilərin adları,xüsusi məlumatları tamamilə anonimləşdirilir. Mütəxəssislər isə deyir ki, xüsusi alqoritmalar vasitəsilə dataları təkrar adlandırmaq mümkündür. Belə görürür ki, antivirus işlətməmək daha təhlükəsiz görünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR