x
Loading...

Audi Nyu York avtosalonunda iştirak etməyəcək

Audi Nyu York avtosalonunda iştirak etməyəcək
00:12 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İri avtomobil istehsalçılarının beynəlxalq avtosalonlarda iştirakdan imtina etməsi artıq heç kimdə təəccüb doğurmur. İmtinanın səbəbləri isə məlumdur - əksər hallarda avtoistehsalçılar ıstendlərin təşkil edilməsi xərclərinin böyük , onların effektivliyinin isə aşağı olduğunu söyləyirlər.

Bu səbəbdən də, iri brendlər vacib təqdimatlarını özlərinin təşkil eydiyi tədbirlərdə həyata keçirməyi üstün tuturlar. Marketoloqların fikrincə, belə tədbirlər həm ictimayyətin, həm də avtomobil mətuatının diqqətini daha çox cəlb edir.

Bu günlərdə Audi şirkəti, aprel ayında keçiriləcək Nyu York avtosalonunda iştirakdan imtina etdiyini bildirib. Xatırladaq ki, Nyu York avtosalonu dünyada keçirilən ən iri avtosalonlardan biridir. Audi şirkətini amerikan bölməsinin əlaqələndirmələr üzrə direktoru Tara Raş yeni məhsullar haqqında məlumatın auditoriyaya çatdırılması üsullarını təhlil etməyin vacib olduğunu bildirib. "Biz gələcəkdə konkret avtosalonu qiymətləndirərək, onun dünyəvi və yerli təqdimatlar üçün optimal platforma olduğunu müəyyənləşdirəcəyik", - Audi nümayəndəsi qeyd edib.  

Bu arada, Audi markasının yerli dilerləri şirkətin qəbul etdiyi qərardan narazıdırlar və onların fikrincə, markanın sərgidəki iştirakı alıcıların axının təmin edir. Müvafiq olaraq, sərgidə iştirak dilerləri birbaşa gəlir ilə təmin edir. Bəzi məlumatlara görə, Nyu York avtosalonunun təşkilatçıları Böyük Nyu Yorkun dilerləri assosiasiyası ilə birlikdə Audi markasını iştirakçılar arasında saxlamaq üçün tədbirlər planını hazırlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR