"Barselona" İspaniya Kubokunun dörddə bir finalına çıxıb

"Barselona" İspaniya Kubokunun dörddə bir finalına çıxıb
00:22 31 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya kubokunun 1/8 final matçında Katalon "Barselona”sı "Leqanes”i qəbul edib.
“Report” xəbər verir ki, görüş Barselonada "Nou Kamp" stadionunda Barselonada keçib və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 
Qarşılaşmada ilk qolun müəllifi Antuan Qrizmann olub. O, matçın 4-cü dəqiqəsində topu rəqibin qapısından keçirib. Kleman Lanqle fasiləyə qədər hesabdakı üstünlüyü artırıb. Lionel Messi ikinci hissənin başlanğıcında hesabı 3:0-a çatdırıb. Matçın 77-ci dəqiqəsində kataloniyalılarının yarımmüdafiəçisi Artur Ramos fərqlənib. Qarşılaşmanın sonunda Messi dublla yadda qalıb - 5:0.
Bu qələbə sayəsində "Barselona" İspaniya Kubokunun dörddə bir finalına çıxıb. "Leqanes" isə turnidəki yarışda çıxışını başa çatdırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-i-spaniya-kubokunun-dordde-bir-finalina-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR