Türkiyədə zəncirvari yol qəzası baş verib, onlarla insan xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzası baş verib, onlarla insan xəsarət alıb
06:22 31 Yanvar 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.
“Report”un “Habertürk”ə istinadən məlumatına görə, hadisə Bolu şəhərində qeydə alınıb.
Anadolu - Ankara avtomobil yolunda 2 sərnişin avtobusu, 2 yük avtomobili və daha 1 nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, xilasedicilər və çoxlu sayda polis cəlb edilib.
Qəza səbəbindən magistral yol bağlanıb. Hadisənin təfərrüatı açıqlanmır.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-zencirvari-yol-qezasi-bas-verib-onlarla-insan-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR