Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm tarixi səfər idi

Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm tarixi səfər idi
12:33 17 Yanvar 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm bir tarixi səfər idi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib: "Möhtərəm Prezident İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı onu deyə bilərəm ki, bu səfər çox möhtəşəm bir tarixi səfər idi. Hər şeydən əvvəl bu səfər yeni ildə Azərbaycan Prezidetinin ilk səfəri idi, özü də busəfər dövlət səfəri oldu.

N.Məmmədovun sözlərinə görə, bu səfər həm forma, həm də məzmun etibarilə təkcə Azərbaycan-Türkiyə əlaqələri çərçivəsində deyil, beynəlxalq münasibətlərdə də özünə yer tutan bir səfər oldu: "Yəni Prezidentin qarşılanma mərasimindən tutmuş danışıqlar, onların məzmunu, əldə edilən nəticələr, qarşıya qoyulan məqsədlər baxımından və Azərbaycanla Türkiyə arasında əməkdaşlığın 2020-ci ilə, hətta ondan sonra da inkişaf perspektivlərinin müəyyən olunması istiqamətində çox mühüm bir addım oldu".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2354352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR