x
Loading...

"Azərbaycan Dəmir Yolları"nda PROBLEM YARANDI - Dəmirdir də, insan deyil ki... - FOTO

"Azərbaycan Dəmir Yolları"nda PROBLEM YARANDI - Dəmirdir də, insan deyil ki... - FOTO
09:52 31 Yanvar 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin son ayının ikinci günündən (2 dekabr 2019-cu il) hərəkətə başlayan Bakı-Pirşağı-Bakı qatarı xidmət keyfiyyətinə görə sərnişin məmnunluğu ilə qarşılanırdı. Lakin məmnunluğun müddəti cəmi 2 ay çəkib. Pirşağı-Bakı elektrik qatarı hərəkətə başladığı gündən ən çox sərnişini ilə müşahidə edilən "Pirşağı" və "Məhəmmədi" stansiyasının istifadəçiləri bu gün "sürprizlə" qarşılaşıblar.

Milli.Az xəbər verir ki, səhər sözügedən stansiyaların əməkdaşları turniketlərə yaxınlaşan sərnişinlərə "İşləmir, yandakı çıxışdan keçin. Düşəcəyiniz stansiyada bilet alıb turniketdən keçərsiniz" deyiblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşına "Niyə, səbəb?" sualı verilərkən isə "Gecə saat 6-dan işıqlar yoxdur. Aparatlara gələn işıq işləmir" cavabını alıblar. Bu, sərnişinlərin haqlı narazılığı ilə qarşılanıb. Kart alaraq istənilən məsafəyə bilet qiymətindən 10 qəpik ucuz gedən sərnişinləri düşəcəkləri stansiyada hansı "sürpriz" gözlədiyindən xəbərsiz idilər. "Pirşağı" və "Məhəmmədi" stansiyasından sürət qatarına minən sərnişinlərin əksəriyyəti ən çox sərnişin sıxlığı müşahidə edilən "Bakı"da ("28 May" - red) düşüblər. Əsl olay da bundan sonra başlayıb. Kartları ola-ola 10 qəpik bahasına aldıqları biletin satıldığı pəncərə önündə işə, dərsə gecikməmək üçün növbə gözləyən insanların "Təzə sevinmişdik, nə tez xarab oldu sisteminiz?" sualına, ADY QSC-nin səlahiyyətli nümayəndəsi gülə-gülə "Dəmirdir də, insan deyil ki, dəqiq işləsin" cavabını verib. 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR