Sergen Yalçın REKORDLA başladı

Sergen Yalçın REKORDLA başladı
10:08 31 Yanvar 2020
126 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi Sergen Yalçın imza mərasimində rekorda imza atıb.

Publika.az
xəbər verir ki, “Beşiktaş”ın sabiq futbolçusu və yeni baş məqçisi üçün Vodafon Parkda təşkil edilən imza mərasimində 21 min azarkeş iştirak edib.

Bununla da Sergen mütəxəssis Quti Hernandes və Rikardo Quareşmanı geridə qoyub.

Belə ki, “Beşiktaş”ın “Real Madrid”dən transfer etdiyi ispaniyalı futbolçu Quti Hernandesin imza mərasiminə 20 min, “Porto”dan heyətinə qatdığı portuqaliyalı Quareşma üçün isə 18 min azarkeş bir araya gəlib.

Qeyd edək ki, "Beşiktaş" klubu 47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR