Gəncəni bir-birinə qatan "avtoşlar"ın görüntüləri - Həbs olundular /

Gəncədə avtoxuliqanlıq edən gənclər məsuliyyətdən yayına bilməyiblər.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər əsasında onların kimliyi müəyyən edilib.

Nəticədə avtomobilləri cərimə meydançasına, özləri isə sutkalıq həbsə getməli olublar.

Günün müxtəlif saatlarında Gəncə şəhərinin fərqli yerlərində avtoxuliqanlıq edən gənclər saxlanılıb. Həm özlərinin, həm də başqalarının həyatını riskə atan 4 sürücüyə məhkəmənin qərarı ilə sutkalıq həbs verilib.

Avtoxuliqanlar Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədova aid nəqliyyat vasitələri Gəncə şəhər DYP-nin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.(Baku.tv)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR