Azərbaycandan gedən çinli uşaqlarda qrip aşkarlandı

Azərbaycandan gedən çinli uşaqlarda qrip aşkarlandı
10:33 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur.

Bu barədə klinikadan məlumat verilib.

Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.

Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.

Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/303479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR