Bakı məktəblərində psixoloji xidmətin düzgün təşkili üçün təlimlər keçiriləcək

Bakı məktəblərində psixoloji xidmətin düzgün təşkili üçün təlimlər keçiriləcək
12:15 31 Yanvar 2020
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.Ilhamə Isabalayeva -Trend:

Bakı məktəblərində psixoloji xidmətin düzgün təşkili üçün təlimlər keçiriləcək.

Trend -in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş məktəb psixoloqlarının üzərinə düşür: "Təəssüf ki, bu sahədəki ümumi vəziyyət bizi yetərincə qane etmir.

Bu sahədə əsaslı dönüş yaratmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3184946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR