Ulduz futbolçu virus səbəbindən Çindən gedir

Ulduz futbolçu virus səbəbindən Çindən gedir
12:22 31 Yanvar 2020
120 İdman
Ölkə mətbuatı
A- A+

Çində koronavirus virusunun yayılması tanınmış futbolçuları təşvişə salıb.

Milli.az apasport.az-a istinadən xəbər verir ki, bu səbəbdən ölkəni tərk etmək istəyən oyunçulardan biri də "Quançjou Everqrand" klubunun yarımmüdafiəçisi Paulinyodur.

32 yaşlı orta sahə oyunçusu ailəsinə görə bu addımı atmaq istədiyini söyləyib: "Ailəmin səhhətinə görə narahatam. Bizə deyiblər ki, evdən mümkün qədər az çıxın. Açığı, yayılan bu virusa görə ölkəni tərk etmək istəyirəm. Ancaq rəhbərlik hansısa bir problemin olmayacağını bildirib".

Qeyd edək ki, "Quançjou Everqrand" Paulinyonu 2018-ci ildə 50 milyon avro qarşılığında "Barselona"dan transfer edib. Çin Superliqasında fevralda başlamalı olan yeni mövsümün startının ən azı aprelə təxirə salınması qərara alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR