Bred Pittdən nümunəvi addım - FOTO

Bred Pittdən nümunəvi addım - FOTO
12:33 31 Yanvar 2020
149 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Bred Pittin təvazökarlığı mətbuatda gündəm olub.

Publika.az xəbər verir ki, bu yaxınlarda aktyor iştirak etdiyi tədbirdə üzərində adının yazıldığı nişan taxıb. Dünyada tanınmasına baxmayaraq, Bred Pittin bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Məsələ ondadır ki, bir çox kino ulduzları məşhur olduğunu səbəb göstərərək vacib tədbirlərdə nişanlardan imtina edir.

Türkiyəli yazıçı Özay Şendir öz köşəsində bu mövzuya yer verib:

“Qatıldığı bir dəvətdə Bred Pitt üzərində adı olan nişan taxıb. “Dəli olmusunuz, məni bütün dünya tanıyır” deyərək bunu etməyə də bilərdi. Fotonu görəndə türkiyəli aktyorların eqosunu düşündüm. Federasiya tərəfindən verilmiş kartları və bəqicləri taxmayan hormonlu eqolar... Baxıb xəcalət çəksələr yaxşı olar, amma bu onlar üçün xoşniyyətli davranış olar...”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/303490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR