Bakı-Pirşağı-Bakı istiqamətində qatarların sayı artırılacaq

Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.

Metbuat.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə sözügedən istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq.

Bir istiqamətdə 15 qatar olmaqla hərəkət qrafikində dəyişiklik ediləcək.

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR