Hindistanda girov götürülən uşaqları polis azad edib

Hindistanda girov götürülən uşaqları polis azad edib
14:12 31 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Uttar Pradeş ştatının qərbindəki Fərruxabad qəzasının Kasariya kəndində ötən gün xeyli sayda uşaq girov götürülüb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Subhaş Bəthəm adlı bir nəfər bir yaşlı qızının doğum günü keçirtmək bəhanəsi ilə qonşu uşaqlarını evlərinə dəvət edib, sonra da onları girov götürüb. Bütövlükdə, yaşı 6-15 arasında 23 qonşu uşağı, həmçinin öz həyat yoldaşı və körpə qızı da girova çevrilib.
Polisin məlumatına görə, bir müddət sonra övladlarından nigaran qalan bəzi qonşular gəlib qapını döyəndə ev yiyəsi onlara atəş açıb. O, hadisə yerinə gələn polisə də atəş açıb, habelə əldəqayırma qumbara atıb.
Ştat polisinin baş direktorunun bildirdiyinə görə, hadisə yerinə gələn antiterror bölmə əməkdaşları ev yiyəsi ilə 8 saat ərzində danışıqlar aparıb. Danışıqlar nəticə vermədikdə isə əməliyyata başlanılıb, nəticədə bütün girovlar xilas edilib. Əqli pozuntusu olduğu irəli sürülən cinayətkarın özü isə məhv edilib. Onun həyat yoldaşı isə bundan əvvəl evdən qaçarkən hiddətlənən kəndlilər tərəfindən daşqalaq edilib və daha sonra xəstəxanada dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-girov-goturulen-usaqlari-polis-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR