Kirayə yaşadığı evdən narkotik vasitələr aşkar edildi

Astara rayon sakini R.Əliyevin kirayədə yaşadığı evdən narkotik vasitələr aşkar edilərək götürülüb.

Metbuat.az xəbər verir ki ,Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron RPİ əməkdaşlarının Xırdalan şəhəri ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin kirayədə yaşadığı evdən 140 qrama yaxın heroin, 32 qrama yaxın metamfetamin, 2 qrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.(sia.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR