Ukrayna prezidenti: "SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"

Ukrayna prezidenti: "SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"
14:17 31 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook”dakı səhifəsində bildirib.
Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib.
Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.
Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, ASOCAR Ukraine MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukrayna-prezidenti-socar-olkemizin-enerji-infrastrukturuna-tohfe-veri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR