Azərbaycandan İrana gedən qadınlarda koronavirus aşkarlanıb?

İranda koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşı karantinə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan İrana giriş edən hər 2 qadın Şərqi Təbriz vilayətində müayinə olunduqdan sonra evə buraxılıblar.

Səhiyyə nazirinin müvini Əlirza Rəisi xəbəri təkzib edərək hər iki şəxsə B tipli qrip diaqnozu qoyulduğu və onların evə buraxıldığını bildirib.

Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Məlumat Mərkəzinin rəhbəri Kianuş Cahanpur da Təbrizdə karantində olan iki Çin vətəndaşından götürülən nümunə ilə onların virusu daşımadığının təsdiqləndiyini qeyd edib.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR