Azərbaycanda yanvarda dövlət xətti ilə 105 ipoteka krediti verilib

Azərbaycanda yanvarda dövlət xətti ilə 105 ipoteka krediti verilib
16:07 31 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 396,077 milyon manat təşkil edib.
“Report” İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 5,679 milyon manat və yaxud 0,4% çoxdur.
Bu ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 105 vahid artaraq 27 870-dən 27 975-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ yanvarda dəyişməyərək 69,724 milyon manat olub.
Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 5,712 milyon manat və yaxud 0,8% azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-yanvarda-dovlet-xetti-ile-105-ipoteka-krediti-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR