Təcili yardım sürücüsünün həkimi gözləyərkən etdiyi

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, videoda həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.(oxu.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR