Azərbaycanda beynəlxalq sərgi və konfransların təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətində “Caspian Ecology” – Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin layihə rəhbəri Jalə Elxan qızı Məmmədova 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd olaraq, seçicilərlə görüşlərini davam etdirir.
Parlament seçkilərində ilk dəfə iştirak edən Məmmədova Jalə Elxan qızı 1 noyabr 1983-cü ildə ziyalı ailəsində anadan olub və 1990-cı ilə qədər Xankəndi şəhərində yaşayıb. 1990-cı ildən 2001-ci ilədək Bakı şəhəri, Nəsimi rayonundakı 23 saylı ingilis dili təmayüllü orta məktəbdə təhsil almışdı. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakültəsinin ingilis dili müəllimi ixtisası üzrə əyani şöbəsini bitirmişdi. Bakalavr pilləsini bitirdikdən sonra həmin universitetin “Dilşünaslıq” fakültəsinin xarici dil ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2007-ci ildə fərqlənmə ilə bitirmişdi. 30.12.2008-ci ilədək “M-Vision” şirkətinin tərkibində bir sıra yerli və beynəlxalq tədbir və konfransların təşkil olunmasında iştirak edib, 13.05.2010-cu il tarixdən 01.06.2012-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsində müdir müavininin köməkçisi, daha sonra isə nazirliyin Sanitar Epidemioloji Nəzarət Sektorunda müdir köməkçisi vəzifəsini icra edib. 01.06.2012-ci il tarixdən bu günə kimi Azərbaycanda beynəlxalq sərgi və konfransların təşkilatçısı olan İteca Caspian və onun tərəfdaşı Caspian Event Organisers (CEO) şirkətində layihə rəhbəri vəzifəsində çalışmaqdadır.


Qeyd olunan şirkət tərəfindən hər il keçirilən və bir çox ölkələrin iştirak etdiyi, Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə mühüm tədbirlərdən biri olan “Caspian Ecology” – Azərbaycan Beynəlxalq Ətraf Mühit, “AdPrint”- Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri, “Gift & Promo” – Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgilərinin, “Fərqli Fərdlər” – Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar Konqresinin layihə rəhbəri olmaqla yanaşı, digər dövlət əhəmiyyətli beynəlxalq konfrans və forumlarda, ictimai layihələrin təşkilində fəal iştirak edir. Eyni zamanda, Caspian Event Organisers (CEO) şirkəti əməkdaşlarının dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə, bir çox sosial layihələrdə könüllü olaraq fəal iştirakına hər zaman dəstək verdiyindən, Jalə Məmmədova Formula 1 Azərbaycan Qran Prisində hər il marşal olaraq və “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsində https://az-az.facebook.com/geleceyiniqur uzun illərdir fəal iştirak edir.



Müasir dövrdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən dəstək və diqqəti nəzərə alaraq, növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edən Jalə Məmmədova, bu şərəfli və məsuliyyətli yolda seçiciləri tərəfindən etimad qazanarsa, vətənpərvər azərbaycanlı övladı olaraq, səlahiyyətləri çərçivəsində əlindən gələn bütün imkanları səfərbər edərək, seçicilərin etibarını vicdanla və ləyaqətlə doğrultmağı qarşısına hədəf kimi qoymuşdur!
Jalə Məmmədova Xankəndi seçiciləri ilə görüşlərində seçki platformasının əsas məqamlarını seçicilərin nəzərinə çatdırmaqdadır:
Seçki kampaniyası çərçivəsində bütün namizədlərə daim sağlam rəqabət və uğurlar arzulayan xanım Məmmədova, hər bir seçicini 9 Fevral seçkilərdə fəal iştirak etməyə və seçmək hüququnu düzgün dəyərləndirməyə dəvət edir!
Namizəd haqqında daha ətraflı məlumat:
https://www.jalememmedova.az





