Azərbaycan Gürcüstan üçün hazırkı üç əsas dost ölkədən biridir

Azərbaycan Gürcüstan üçün hazırkı üç əsas dost ölkədən biridir
16:22 31 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda rəyi soruşulanların 7%-i Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının Qafqaz barometri adlanan sorğusunun nəticələrindən məlum olub.
2015 və 2017-ci illərdə aparılan eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin faiz göstəricisi dəyişməz qalıb. 2013-cü ildə isə bu göstərici 8%-ə bərabər olub.
Respondentlərin əksər hissəsi – 21%-i ABŞ-ı, 10%-i isə Ukraynanı Gürcüstanın əsas dostu hesab edib.
Türkiyəni Gürcüstanın əsas dostu adlandıranlar 4% təşkil edib. Ermənistanı əsas dost hesab edənlərin göstəricisi isə cəmi 2%-ə barəbər olub.
Gürcüstanın hazırkı əsas düşməni kimdir sualına isə rəyi soruşulanların təxminən yarısı – 49%-i Rusiya deyə cavab verib. 4%-i Türkiyəni, 2%-i isə Ermənistanı Gürcüstanın əsas düşməni kimi qiymətləndirib.
Qeyd edək ki, “Dəyişikliklərin 10 illiyi: Gürcüstanda rəylər və dəyərlər, 2009-2019” adlı araşdırma üçün sorğu 2019-cu ilin oktyabrın 9-dan noyabrın 4-nə qədər işğal altında olan ərazilər istisna olmaqla bütün ölkə boyu aparılıb. Sorğuda 2 100 respondent iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-gurcustan-ucun-hazirki-uc-esas-dost-olkeden-biridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR