Premyer Liqa klubundan rekord transfer

Premyer Liqa klubundan rekord transfer
16:27 31 Yanvar 2020
114 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Şeffild Yunayted" klubu tarixinin ən bahalı transferini edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçika "Genk"indən Norveç millisinin üzvü Sander Berqeni heyətinə cəlb edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

"Şeffild Yunayted" bu keçid üçün 20 milyon avro ödəyib. Bu, klub tarixində ən bahalı keçid olub.

Qeyd edək ki, Berqe 2017-ci ildə Norveçin "Volerenqa" klubundan "Genk"ə keçmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR