İlahiyyat İnstitutunun tələbələri Əlyazmalar İnstitutunu ziyarət edib (FOTO)

İlahiyyat İnstitutunun tələbələri Əlyazmalar İnstitutunu ziyarət edib (FOTO)
16:43 31 Yanvar 2020
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib.

Trend-in məlumatına əsasən, tələbələr burada Yaxın və Orta Şərq, Şimali Afrika xalqlarının elm və mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi sənədləri, əvvəlki dövrlərin qəzet və jurnalları, müxtəlif mikrofilm və fotosurətlər ilə tanış olublar.

İnstitutda qorunan qədim əlyazmalarla tanışlıq zamanı tələbələrə 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Mə-həmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, eləcə də digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri haqqında geniş məlumat verilib.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə də tanış olublar.

Tələbələr, eyni zamanda, XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrünün ən görkəmli xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat alıblar.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3184977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR