Bakıda piyada keçidlərində əlavə işıqlandırmadan istifadəyə başlanılıb

Bakıda piyada keçidlərində əlavə işıqlandırmadan istifadəyə başlanılıb
16:50 31 Yanvar 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə, eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb.

Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3185142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR