“İflic ola bilərdim” - Emma xəstəliyə görə arıqlayıb

“İflic ola bilərdim” - Emma xəstəliyə görə arıqlayıb
17:05 31 Yanvar 2020
197 Şou
Ölkə mətbuatı
A- A+

"Hər gün saat 6-da oyanıram, qəhvə bişirib içirəm. Gözləyirəm ki, oğlum oyansın, onu hazırlığa sonra isə bağçaya aparıram. Uşaqlıdan tez oyanıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Elmira Ələkbərzadə (Emma) AzTV-də yayımlanan "Telesəhər Ell və Nikki ilə" verilişində deyib.

Müğənni həyat tərzindən və efirlərdə gec-gec görünməsindən danışıb:

"Səhnəyə çıxandan efirlərdə az görünmüşəm. Düşünürəm ki, boş-boş efirə çıxmaqdansa, iki aydan bir görünüm".

E.Ələkbərzadə 50 kilo arıqlamasından da söz açıb:

"Tənhayam" mahnım sevilmişdi. Bakılı oğlanlar komandası bu mahnını "Tankdayam" deyə ifa etmişdilər. O vaxt özüm də tanka oxşayırdım. Əslində, kök olmağa qarşı kompleksim olmayıb. Sadəcə qısa geyinməzdim, şalvar geyinəndə üstündən uzun bir kofta geyinərdim. Mənim köklüyüm incə olub. Səhnədə rəqs edəndə sanki uçurdum. Səhhətimdə problemlər yaşayırdım. Yüksək təzyiqin ağır forması olurdu. Kanalların birindən çəkilişdən qayıdırdım. Telefonla danışırdım. Gördüm ki, ağzımın sağ tərəfini hiss etmirəm. Güzgüyə baxanda qorxdum. Anamgilə zəng vurdum ki, Təcili Yardım çağırın. Anamla Sevda məni görəndə çox qorxdular. Həkim gəldi, məni geri qaytardılar. İflic ola bilərdim. İkinci dəfə isə Tbilisidə təzyiqim qalxdı. Bu, 2007-2008-ci illər idi. Pəhrizim orada başladı. 3,5 ilə arıqladım. 98 kiloqramdan 48 kiloqrama düşdüm. İndi yüksək təzyiqdən əziyyət çəkmirəm. Pəhrizdə olanda gecə yuxuda gözəl süfrələr görürdüm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/822188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR