ASCO koronovirusa qarşı zəruri profilaktik tədbirlər görür

ASCO koronovirusa qarşı zəruri profilaktik tədbirlər görür
18:07 31 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Çində yayılmış koronavirusla əlaqədar (“2019-nCoV”) zəruri profilaktik tədbirlər həyata keçirir.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti (KSƏTƏMM) radioqramma vasitəsi ilə koronavirusun sinptomları, virusdan qorunma yolları barədə dənizçiləri məlumatlandırıb. Maarifləndirmə məqsədilə əməkdaşların e-mail ünvanlarına virusla bağlı xüsusi hazırlanmış “Təhlükəsizlik bülleteni” də göndərilib.
Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmilərinin heyət üzvlərinin əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələrlə təmin olunması barədə tapşırıq verilib.
Qeyd edək ki, bütün bunlarla yanaşı, gəmilərdə sanitar-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsinə nəzarət olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/asco-koronovirusa-qarsi-zeruri-profilaktik-tedbirler-gorur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR