Qeydiyyatdan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlandı

Qeydiyyatdan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlandı
18:08 31 Yanvar 2020
26 Digər
Ölkə mətbuatı
A- A+

Parlament seçkisini müşahidə etmək üçün 64048 müşahidəçi qeydiyyatdan keçib. Bu, bir məntəqəyə 12 nəfərin düşməsi deməkdir.

Publika.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, 4264 nəfər MSK-da qeydə alınıb: “Müşahidəçilər arasında 45 siyasi partiyanın nümayəndələri var. Onlardan 390-ı YAP-ın, 418-i Müsavat Partiyasının və digər partiyaların müşahidəçiləridir. 1250 nəfər 4 QHT-ni təmsil edir. 2070 nəfər öz təşəbbüsü ilə müşahidəçilik aparma niyyətindədir. 59784 müşahidəçi DSK-lara qeydə alınıb. Namizədlərin müşahidəşilərinin sayı 4576 nəfərdir. 20382 öz təəbbüsü ilə müşahidəçilik aparmaq istəyindədir”.

M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilərin sayı 842 nəfərdir. Onlar 56 təşkilatı, 55 ölkəni təmsil edirlər.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR