Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - FOTO

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - FOTO
18:17 31 Yanvar 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR