x
Loading...

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb
18:17 31 Yanvar 2020
34 Digər
Ölkə mətbuatı
A- A+

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş Dəyirmi Masada iştirak edib.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, komissiyanın iclasında və Ukrayna-Azərbaycan Dəyirmi Masasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin kiçik və orta sahibkarlıq (KOB) sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektorunun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib.


KOBİA tərəfindən ölkələrimiz arasında KOB sahəsində əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə, sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasına, biznes assosiasiyalar arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müsissələrin yaradılmasına dair təkliflər səsləndirilib.
Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov arasında imzalanmış sənəddə KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kobi-a-emekdasliga-dair-sened-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR