Azərbaycanda məşhur general İŞDƏN ÇIXARILDI

Azərbaycanda məşhur general İŞDƏN ÇIXARILDI
18:43 31 Yanvar 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

“Report” xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR