SON DƏQİQƏ: Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başladı

SON DƏQİQƏ: Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başladı
18:53 31 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

Çində koronavirusun kütləvi yayıldığı Vuhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.

“Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vuhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Vuhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar əsasən tələbələrdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR