Nardarandakı qəbirstanlıqda qumbara, partladıcı, xəncər tapıldı (FOTO)

Nardarandakı qəbirstanlıqda qumbara, partladıcı, xəncər tapıldı (FOTO)
19:08 31 Yanvar 2020
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qəbirstanlıqda 1 ədəd xəncər, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd 9 mm-lik patronlar aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd xəncər, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd 9 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3185291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR