Çexiyada 12 nəfər qripdən öldü

Çexiyada 12 nəfər qripdən öldü
21:22 31 Yanvar 2020
166 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyada 12 nəfər qripdən dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, respublikanın Gigiyena Xidmətinin rəhbəri Eva Qottvaldova jurnalistlərə açıqlamasında ölkədə hər 100 min nəfərdən 1865-də xəstəlik aşkarlandığını bildirib:

"Dövlət Səhiyyə İnstitutunun məlumatlarına görə, qrip epidemiyası respublikanın bütün ərazisinə yayılıb. Əsasən A tipli qrip virusuna rast gəlinir. Xəstələnənlər arasında yaşlılar və uşaqlar da var. Qrip səbəbindən artıq 12 nəfər dünyasını dəyişib. Ötən həftə ilə müqayisədə virusa yoluxanların sayı birə-üç artıb".

Qottvaldova qrip olan vətəndaşlardan evdən çölə çıxmamağı və digər insanlara da yoluxdurmamağı xahiş edib.

Epidemiya səbəbindən ölkədə bir çox xəstəxanalarda xəstə ziyarətləri qadağan olunub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR