İran vә Çin arasında hava reyslәri dayandırıldı

İran vә Çin arasında hava reyslәri dayandırıldı
21:50 31 Yanvar 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran vә Çin arasında hava reyslәri müvәqqәti olaraq dayandırılıb.

Trend-in məlumatına görə, bunu İranın sәhiyyә, müalicә vә tibbi tәhsil naziri Sәud Nәmәki deyib.

S.Nәmәkinin sözlәrinә görә, bununla әlaqәdar vitse-prezident vә bir neçә nazirin iştirak etdiyi iclasda qәrar verilib.

Nәmәki әlavә edib ki, Çindә olan İran vәtәndaşlarının ölkәyә gәtirilmәsi ilә bağlı qәrar da verilib. Belә ki, onlar üçün xüsusi uçuşlar tәşkil oluna bilәr.

İranlı nazir deyib ki, ölkәyә gәtirilən vətəndaşlar xüsusi şәkildә 2 hәftәlik nәzarәtә götürülәcәklәr.

"Çin hökumәtinin razılığı olduğu halda gәlәn hәftә 70 iranlı tәlәbәnin ölkәyә gәtirilmәsi planlaşdırılır", -deyә o qeyd edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3185336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR