Trampın iqamətgahına basqın oldu - 2 nəfər saxlanıldı

Trampın iqamətgahına basqın oldu - 2 nəfər saxlanıldı
22:37 31 Yanvar 2020
139 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahına girməyə çalışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobildə olan iki nəfər binanın mühafizə kordonlarını qıraraq əsas girişə tərəf yönəlib. Mühafizəçilər onları yalnız atəş açmaqla dayandıra biliblər. Bundan sonra avtomobildəkilər qaçaraq gizlənməyə çalışıblar. Ancaq onlar ələ keçirilib. Polis insidentin detallarını araşdırır.

Məlumata görə, Tramp bu gün axşam həmin iqamətgaha gedəcəkmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR