Koronavirus Avropanın bəzi dairələrini vahiməyə salıb

Koronavirus Avropanın bəzi dairələrini vahiməyə salıb
23:05 31 Yanvar 2020
185 Dünya
Ölkə mətbuatı
A- A+

Çin virusunun dünyada yayılması Avropanın bəzi dairələrini vahiməyə salıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təkcə Macarıstanda tənzif sarğılara tələbat o dərəcəyə çatıb ki, istər paytaxtın, istərsə də əyalət şəhərlərinin bəzi apteklərində onlar artıq qurtarıb.

Amma Dünya Səhiyyə Təşkilatının bu yaxınlarda yaydığı xüsusi press-relizdə qeyd edilir ki, tənzif sarğılar insanı koronovirusdan qorumur. Sənəddə deyilir ki, sarğılar virusun infeksiya daşıyıcıları tərəfindən yayılması ehtimalını azaltmaq üçün nəzərdə tutulub. Koronavirusdan yalnız xüsusi respirator qoruya bilər. Yeri gəlmişkən, apteklərdə həmin respiratorların yetərincə ehtiyatı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR