Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millətlər Məclisində geniş müzakirələrə səbəb olan "Büdcə haqqında" qanununu təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, R.T.Ərdoğan təxminən 10 gündür müzakirələri aparılan qanununla bağlı son qərarını verib. Prezident Ərdoğan eyni zamanda 2013-cü il üçün "Mərkəzi İdarə Hesab" qanununu da təsdiqləyib.
"Büdcə haqqında" qanun alt komisyalarda təxminən 60 gündür müzakirə edilirdi. Görüşlər zamanı tez-tez mübahisələr yaranıb.
Bu qanun hətta baş naziri Əhməd Davudoğlu ilə Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da qarşı-qarşıya gətirib. Baş nazir büdcə müzakirələri zamanı çıxış edərkən müxalifəti tənqid etmişdi.
Davudoğlu Kılıçdaroğlunu Suriyanı tənqit etdiyinə görə "Siz zərbəçisiniz" deyə itiham etmiş və hadisə gündəmə bomba kimi düşmüşdü.