Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Kərimli Nihat Fuad oğlu tanıdığı şəxs tərəfindən ayağından bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Yaralının sözlərinə görə, hadisə mübahisə zəminində baş verib.//Report.az