İsveçdə ilk koronavirusa yoluxma hadisəsi aşkarlanıb

İsveçdə ilk koronavirusa yoluxma hadisəsi aşkarlanıb
06:47 1 Fevral 2020
36 Digər
Ölkə mətbuatı
A- A+

İsveçdə yeni 2019-nCoV koronavirusuna yoluxma hadisəsi aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə “The Local” bildirib.
İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, hadisə Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında qeydə alınıb.
Qeyd edilir ki, qadın pasiyentdir. O, yanvarın 24-də Çinin Uhan şəhərindən səfərdən qayıdıb.


Nəşrin məlumatına görə, hazırda o, infeksiya xəstəxanasının təcridxanasındadır.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Son məlumatlara görə, Çində 11,1 min nəfər koronavirusa yoluxub, 259 nəfər ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-svecde-ilk-koronavirusa-yoluxma-hadisesi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR