“Avast” şirkəti öz istifadəçilərinin məlumatlarının satışında ittiham edilir

“Avast” şirkəti öz istifadəçilərinin məlumatlarının satışında ittiham edilir
07:42 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Avast" şirkəti öz müştərilərinin məlumatlarını "Google", "Home Depot", "Microsoft" və "Pepsi" kimi şirkətlərə satır. Bu haqda jurnalistlərin araşdırmasına istinadən "Engadget" portalı yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ-ın iki populyar nəşrinin ("Motherboard" və "PC Magazine") müxbirləri tərəfindən araşdırma aparılıb. Onların sözlərinə görə, "Avast" antivirus təminatından istifadə edənlərin məlumatlarını əldə edən eyniadlı şirkət onları "Jumpshot" şirkətinə ötürürmüş, sonuncu ilə həmin məlumatların satışı ilə məşğul olurmuş.

Jurnalistlərin məlumatına görə, satılan informasiya istifadəçinin daxil olduğu saytların siyahısını, axtarış sorğularını və internet üzərindən edilmiş alış-veriş tarixçəsini əhatə edir. Həmin məlumatları satın alanlar "YouTube" izləmələri, klik tarixçəsi və istifadəçinin olduğu yer haqqında ətraflı məlumat əldə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR