Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatıb

Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatıb
08:12 1 Fevral 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.
“Report” xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb. 
Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib. 
Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək. 

***18:39 
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.
“Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.
Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə yola salınacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.

Wuhan
Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı var. Onlar əsasən tələbələrdir.














Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycan-vetendaslarinin-cinden-texliye-prosesi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR