Apple fiziki Home düyməsini iPhone-na geri qaytaracaq

Apple fiziki Home düyməsini iPhone-na geri qaytaracaq
08:32 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Sonuncu dəfə Apple şirkəti fiziki Home düyməsinə sahib iPhone modelini 2017-ci ildə satışa çıxartmışdı. Söhbət, iPhone 8 modelindən gedir. Ondan sonra satışa çıxmış bütün iPhone modelləri çərçivəsiz böyük ekran və ekranın yuxarı hissəsində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə ilə təqdim olundular. Lakin bu il şirkət köhnə dizayna geri qayıdacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, fiziki Home düyməsini bu il iPhone SE-nin davamçısı olacaq iPhone 9 modeli əldə edəcək. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, iPhone 9 modelində şirkət Touch ID texnologiyası yerinə Face ID texnologiyasını reallaşdıracaq. Lakin məşhur insayder Evan Blass, iPhone 9-da fiziki Home düyməsinin olacağını təsdiqləyib. Son məlumat sızıntılarına əsasən iPhone 9 smartfonu iPhone 8-in dizaynını və iPhone 11-in texniki özəlliklərini özündə birləşdirəcək. Təqdimatın yaz fəslində keçirilməsi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR