Windows 10-da smartfon zəngləri hər kəs üçün əlçatan oldu

Windows 10-da smartfon zəngləri hər kəs üçün əlçatan oldu
08:37 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Windows-da yeni bir xüsusiyyət birbaşa kompüter vasitəsilə mobil zənglər etməyə imkan verir.  Bu zaman smartfon başqa bir otaqda da ola bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Windows 10 üçün bir ildən çoxdur ki, Your Phone tətbiqi mövcuddur ("Telefonunuzun dispetçeri"). Bu tətbiq smartfondan birbaşa kompüterinizdə bildirişlər almağa, mesajları oxumağa və qalereyaya baxmağa imkan verir. Yanvar yenilənməsində isə zəng funksiyası da ortaya çıxdı.

İndi smartfon başqa bir otaqda olsa belə, zəngləri qəbul edə, nömrə yığa, danışa, zəngləri birbaşa kompüterinizdən edə bilərsiniz. Bu vəziyyətdə zəng hələ də smartfonda səslənir və səs kompüterə ötürülür. Bu zaman hər iki qurğu eyni Wi-Fi şəbəkəsindədə olmalıdır.

Əhəmiyyətli bir nüans ondadır ki, Your Phone tətbiqinin bu xüsusiyyəti yalnız Android smartfonları üçün mövcuddur. iPhone ilə əksər funksiyalar, o cümlədən zənglər işləmir, çünki Apple yalnız öz cihazlarında qurulmuş ekosistemə sahibdir. Bundan əlavə, Microsoft bu il ilk Android smartfonunu buraxacaq, buna görə köhnə əməliyyat sistemini yeni cihazla işləməsi üçün hazırlayır.

Microsoft və Texnologiya Xəbərləri jurnalında yayılan məlumata görə, kompüterinizdə və smartfonunuzda zənglər qurmaq üçün Your Phone tətbiqini quraşdırmalı və eyni hesaba qoşulmalısınız. Windows Insider testçiləri üçün bu xüsusiyyət ötən ilin dekabr ayından etibarən mövcuddur və indi hər kəs üçün əlçatandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR